“Brent” markalı neftin qiyməti düşdü

brent-markali-neftin-qiymeti-dusdu
Oxunma sayı: 1898

“Brent” markalı neftin qiyməti sentyabrın 18-dən etibarən ilk dəfə azalıb.

“Qafqazinfo” xəbər verir ki, dekabr fyuçerslərinin qiyməti bir barrelə görə 78 dollardan aşağı düşüb. London birjalarında bir barrelə görə neftin qiyməti 77,87 dollar təşkil edib.

Neftin qiymətinin düşməsinə Səudiyyə Ərəbistanında qara qızıl hasilatının artması səbəb kimi göstərilir.