Brent nefti 63 dolları keçdi

brent-nefti-63-dollari-kecdi
Oxunma sayı: 653

Dünya birjalarında neft bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft dekabrın 7-dən bəri ilk dəfə olaraq 63,08 dollara yüksəlib.  

WTI markalı neftin fevral fyuçersi isə 0,43 faiz bahalaşaraq 54,28 dollardan satılıb. 

“Bernstein Energy”nin analitikləri hesab edirlər ki, OPEK ölkələri tərəfindən neft hasilatının azaldılması bazarda xammal defisitinə gətirib çıxara bilər. Bu isə 2019-cu il ərzində neftin barrelinin 70 dollara qədər bahalaşmasına səbəb ola bilər.