Reperlər yumruq davasına çıxdi

reperler-yumruq-davasina-cixdi-
Oxunma sayı: 665

Məclisdə gələcək həyat yoldaşı rəqqasə Oksana Rəsulova ilə birlikdə iştirak edən Elşad, Hüseyn onların masasına yaxınlaşıb “inşallah, toyunuz nə vaxtdır” deyənə qədər olduqca şən əhval-ruhiyyədə olub.
Hadisə şahidinin Trend-ə verdiyi məlumata görə, düşmən münasibətində olduğu həmkarından təbriki qəbul etməyən Xose “sağ ol” əvəzinə Dəryanı yumruqla “mükafatlandırıb”. Aldığı zərbə nəticəsində digər masadakı xanımlardan birinin üstünə yıxılsa da, Hüseyn mübahisəni davam etdirmədən sakit şəkildə restoranı tərk edib.
Trend-ə açıqlamasında həmkarını vurmaqdan qəti şəkildə peşmançılıq çəkmədiyini söyləyən Elşad Xose, özünə belə haqq qazandırıb: “O, layiq olduğu cavabı aldı. Utanmadan verilişlərdə, saytlarda Oksana ilə münasibətlərimizdən ironiya ilə danışır. Üz-üzə gələndə isə təbrik etməyə cürəti çatır. Yaxşı elədim. Qoy, ona dərs olsun. Bir də lazımsız yerə haqqımızda danışmasın”.