Rəqəmli televiziyaya az qaldı…

reqemli-televiziyaya-az-qaldi
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli rəqəmli televiziyaya keçidlə bağlı aparılan işlər barədə bu gün təşkil olunmaş tədbirdə deyib. O bildirib ki, rəqəmli televiziyaya keçidin 3 əsas əhəmiyyəti var: “Qənaət, keyfiyyət və əlavə imkanlar. Əgər əvvəllər televiziyalar 5 kilobaytdan istifadə edirdilərsə indi bu 1 kilobayt olacaq. Həmçinin təsvirdə də yeniliklər olacaq. Azərbaycan ərazisində televiziyaların yayımları arasında qeyri-bərabərlik aradan qaldırılacaq. Əlavə imkanlara gəlincə insanlar interaktiv xidmətdən istifadə edə biləcəklər. Bu MDB ölkələrində ilk olaraq Azərbaycanda həyata keçiriləcək . Bir neçə aydan sonra vəziyyət analiz ediləndən sonra qəti qərar veriləcək”.

N. Məhərrəmli bildirib ki, 2012-ci ildə Azərbaycanda “Eurovision” yarışması keçiriləcək və buna görə də rəqəmsal yayıma keçmək ölkəmizin imici baxımından da əhəmiyyətlidir: Artıq Azərbaycan televiziyaları üzərlərinə düşən vəzifələri yerinə yetiriblər. Belə ki, rəqəmsal yayımı dəstəkləyən avadanlıqlarla təchiz olunublar. Əlbəttə ki, əvvəlcə müəyyən çətinliklər olacaq, çünki analoq və rəqəmsal televiziyalar paralel olaraq fəaliyyət göstərəcək. Maliyyə baxımından da bu müəyyən çətinlik yaradacaq. Amma bunlar bərabər xarici ölkələrdən müdaxilənin də qarşısı alınacaq”.

Rabitə və İnformasia texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə bildirib ki, maksimum 2012-ci ilin fevralına kimi Azərbaycanın bütün ərazisində rəqəmsal yayıma keçiriləcək. Rəqəmsal yayıma keçidlə əlaqədar olaraq boş tezliklərin olması, HP formatlı yayımın da verilməsinə şərait yaradılacaq. Bura HP radionun da yaradılması daxildir: “Eurovisionla əlaqədar olaraq bu xidmət ilk olaraq İctimai TV-yə veriləcək”.