Rəqiblərimiz kimdir?

reqiblerimiz-kimdir
Oxunma sayı: 639

Avropa Çempionatında kiçik fasilə yarandığı bir vaxtda bu gün bütün diqqətlər İsveçrənin Nyon şəhərinə yönələcək.

“Qafqazinfo”nun verdiyi məlumata görə, UEFA Çempionlar Liqası və Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.
Çempionlar Liqasında mübarizəyə 2-ci mərhələdən başlayacaq “Neftçi”nin də rəqibi müəyyənləşəcək. “Flaqman” daha zəif komandaların yer aldığı “səpələnməmişlər” sırasında olduğu üçün reytinqi yüksək olan komandalardan biri ilə üzləşəcək.
Avropa Liqasında isə hər 3 təmsilçimiz “səpələnmişlər” sırasında qərarlaşıb və onları ilk təsnifat mərhələsində daha zəif rəqiblər gözləyir.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Linfild” (Şimali İrlandiya), “Dudelanj” (Lüksemburq), “Valletta” (Malta)

Səpələnməmişlər: “Tre Penne” (San-Marino), “Lusitanos” (Andorra), “Torshavn” (Farer adaları)

II təsnifat mərhələsi

Səpələnmişlər: “Bazel” (İsveçrə), BATE (Belarus), “Zalsburq” (Avstriya), “Dinamo” (Xorvatiya), “Jilina” (Slovakiya), “Partizan” (Serbiya), “Helsinqborq” (İsveç), “Şerif” (Moldova), “Debretsen” (Macarıstan), “Maribor” (Sloveniya), “Ventspils” (Latviya), “Slovan” (Çexiya), “Şlask” (Polşa), HİK (Finlandiya), AEL (Kipr), “Ekranas” (Litva), “Zestafoni” (Gürcüstan)

Səpələnməmişlər: “Şemrok Rovers” (İrlandiya), “Hapoel” (Kiryat, İsrail), “Molde” (Norveç), “Jelezmiçar” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Ludoqorets” (Bolqarıstan), TNS (Uels) “Buduçnost” (Çernoqoriya), , “Flora” (Estoniya), “Neftçi” (Azərbaycan), “Şaxtyor” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Vardar” (Makedoniya), “Uliss” (Ermənistan) və I təsnifat mərhələsinin 3 qalibi

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Tvente” (Hollandiya), “Lex” (Polşa), “Rusenborq” (Norveç), “Elfsborq”, “Kalmar” (hər ikisi İsveç), “Aktobe” (Qazaxıstan), “Sent Patriks”, “Bohemians” (hər ikisi İrlandiya), “Bakı”, “İnter”, “Xəzər Lənkəran” (hamısı Azərbaycan), “Qomel” (Belarus), “Hafnarfyordur” (İslandiya), “Pünik” (Ermənitan), “Metallurq” (Latviya), “Banqor Siti” (Uels), “Suduva” (Litva), “Tirana”, “Şkendiya” (hər ikisi Albaniya), “Stabek” (Norveç), “Renova” (Makedoniya), “Osiyek” (Xorvatiya), “Levadiya” (Estoniya), “MyuPA”, “Kuopio” (hər ikisi Finlandiya), “Senisa” (Slovakiya), “Daçiya” (Moldova), “Borats”, “Sarayevo” (hər ikisi Bosniya və Herseqovina), “Differdanj” (Lüksemburq), “Yaqodina” (Serbiya), “Birkirkara” (Malta), “Streymur” (Farer adaları), “Olimpiya” (Sloveniya), “Rudar” (Çernoqoriya), “Honved” (Macarıstan), “Olimpi” (Gürcüstan)

Səpələnməmişlər: “Zimbru” (Moldova), “Flyamurtari” (Albaniya), “Yuvaskulya” (Finlandiya), “Kliftonvill”, “Kruzaders”, “Portadaun” (hamısı Şimali İrlandiya), “Santa Koloma” (Andorra), “Dauqava” (Latviya), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Vestmannaeyar”, “Akyureyri” (hər ikisi İslandiya), “Floriana”, “Hibernian” (hər ikisi Malta), “Ordabası”, “Jetısu” (hər ikisi Qazaxıstan), “Runavik”, “Vikinqur” (hər ikisi Farer adaları), “Qandzasar”, “Şirak” (hər ikisi Ermənistan), “Llanelli”, “Kefn Druids” (hər ikisi Uels), “Selye” (Sloveniya), “Jeness”, “Qrevenmaxer” (Lüksemburq), “Teuta” (Albaniya), “La Fiorita”, “Libertas” (hər ikisi San Marino), “Zeta”, “Selik” (hər ikisi Çernoqoriya), “Mura” (Sloveniya), “Torpedo” (Gürcüstan), “Eşen Mauren” (Lixtenşteyn), “Şaulyay” (Litva), , “Skonto” (Latviya), “Metallurq” (Makedoniya), MTK (Macarıstan).

Ceyhun Əhmədov