Rəqsanə avtomobil gözləyirdi, motosiklet aldı

reqsane-avtomobil-gozleyirdi-motosiklet-aldi
Oxunma sayı: 724

“Qafqazinfo”nun məlumatına görə, telekanallardan birində yayımlanan "Bermud üçbucağı" realiti-şousunun iştirakçısı və qalibi olan müğənni mükafat olaraq avtomobil və ya mənzil alacağını gözləsə də ona motosiklet hədiyyə edilib.

Rəqsanə ANS PRESS-ə açıqlamasında hədiyyənin nədən ibarət olmasının onun üçün heç bir əhəmiyyət daşımadığını söyləyib: "Əsas mənim qalib olmağımdır, 36 saat kameraların nəzarəti altında ac, susuz qalıb, dözümlülük və iradə nümayiş etdirib realiti-şounu qalib kimi tərk etməyimdir. Bu hər adamın işi deyil. Mən bunu bacardım. Hədiyyəyə gəldikdə isə heç kim məni aldatmayıb. Cenk bəy bizə prizin nə olacağını deməmişdi. Sadəcə biz özümüz düşünürdük ki, ola bilsin avtomobil və ya mənzildir."

Qeyd edək ki, "Bermud üçbucağı" realiti-şousunun ideya müəllifi və rəhbəri Kemal Cenk İçtendir. 5 həftə boyunca davam edən realiti-şounun 5-ci həftəsində əvvəlki həftələrin qalibləri realiti-şounun finalına vəsiqə qazanan 4 iştirakçı - əyləncəli verilişlərin aparıcısı İlhan Özbay, müğənnilər Emma Ələkbərzadə, Rəqsanə İsmayılova və Xəyalə Manaflı studiyada qurulmuş üçbucaqlı səhnəni 36 saat tərk etməməli idilər. Su içmək, qidalanmaq, eləcə də digər ehtiyacları ödəmək üçün təşkilatçılar tərəfindən hər bir iştirakçıya 5000 manat pul ayrılmışdı. Bir stakan su 250 AZN, bir nəfərlik yemək 500 AZN, bir yastığın qiyməti 250 AZN məbləğində idi. Təbii ehtiyaclarını ödəmək üçün realiti-şounun iştirakçılarına 5 saatdan bir cəmi 5-8 dəqiqə vaxt verilirdi. Saatlar azaldıqca ayaqyoluna getməyin 1 dəqiqəsi 200 manatla hesablanırdı. Az pul xərcləməklə, layihənin sonuna qədər mübarizə aparan iştirakçı qalib olurdu.

Nigar