Rəqsanənin vəziyyəti ağırdır

reqsanenin-veziyyeti-agirdir
Oxunma sayı: 659

Ev şəraitində müalicəsini davam etdirən qalmaqallı sənətçi, şiddətli ağrılardan yaxa qurtara bilmir. Bizə məlum olan mobil telefonuna cavab verən anası Adilə Həsənova da yazdıqlarımızı təsdiqlədi. “Sonuncu dəfə keçirdiyi avtomobil qəzasında Rəqsanənin burnu sınmışdı. Nəfəs almaqda çətinlik çəkirdi. Balam məcburiyyət qarşısında qaldığı üçün əməliyyat keçirdi. Dünən gecə evə gətirdik. Özünü yaxşı hiss etmir. Az əvvəl tibb bacısı ağrıkəsici vurdu və indi yuxudadır. Allahdan tezliklə ayağa qalxması üçün dua edirik. O, əzizləri üçün hər şeydir”, - Adilə xanım dedi.

milli.az