Rəşad Sadıqov əməliyyat olundu – Foto

resad-sadiqov-emeliyyat-olundu-foto
Oxunma sayı: 664

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, qasıq nahiyəsində uzun müddət problemlər yaşayan Azərbaycan millisinin kapitanı “Qəbələ”ylə son turdakı oyundan dərhal sonra qardaş ölkəyə müalicəyə gedib. Artıq 29 yaşlı futbolçu uğurla əməliyyat olunub. Hazırda Rəşadla birgə olan komandanın fizioterapevti Oktay Gürsoy Rəşadın əməliyyatının uğurla keçdiyini bildirib. Əməliyyat hər 2 nahiyədə keçirilib. Rəşad özünü hazırda yaxşı hiss edir. Bir neçə gün həkim nəzarətində qalacaq Sadıqovun qısa zamanda vətənə dönəcəyi gözlənilir.

Ceyhun Əhmədov