Rəşad Sadiqov “Qarabağ”dan qovuldu

resad-sadiqov-qarabagdan-qovuldu
Oxunma sayı: 631

“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna səbəb futbolçunun “Neftçi”yə transfer olunmaqla bağlı razılığa gəlməsi olub.
Klubun rəsmi saytının yaydığı rəsmi açıqlamada bildirilir ki, bu gün mətbuatda Rəşad Sadiqovun başqa bir klubla müqavilə bağlaması barəsində xəbərlər yayılıb.

“Hazırda Ağdamda olan və “İnter”lə vacib görüşə hazırlaşan komandamız üçün gözlənilməz xəbərlə bağlı futbolçuyla görüşülüb və hazırda kapitan statusu daşıyan Rəşad Sadiqovun başqa klubla danışıq aparması onun tərəfindən təsdiqlənib. Çempionatın ən gərgin anında komanda üçün mühim funksiya daşıyan kapitanın gənc futbolçulara örnək olmaq əvəzinə, başqa klubla anlaşmasının qeyri-etik olduğu üçün və bu açıqlamasıyla komandaya vurduğu mənəvi zərbəyə görə Rəşad Sadiqov dərhal Ağdamdan Bakıya göndərilib” – deyə məlumatda bildirilib.

Ceyhun Əhmədov