Respublika stadionu çökür? - Foto

respublika-stadionu-cokur-foto
Oxunma sayı: 640

Korner.az-ın yaydığı məlumata görə, stadionun çökməsi nəticəsində plitələr bir-birindən ayrılıb və ortaya fotoda gördüyünüz mənzərə çıxıb.

Media sektorun giriş hissəsinin yararsız hala düşməsinin səbəbini öyrənmək üçün Tofiq Bəhrəmov adına stadionun direktoru Akif İsmayılovla əlaqə saxladıq.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən A. İsmayılov çökmə ilə bağlı məsuliyyət daşımadığını bildirib: “Stadionu mən təmir etməmişəmki?! Bununla tikinti idarəsi məşğul olub”.

Direktor həmin tikinti idarəsinin adından da xəbərsiz olduğunu qeyd edib.

“Stadionun direktoru kimi tikintinin necə getdiyi, ayrılan pulların necə istifadə edildiyi ilə heç maraqlanmamısınız?” sualına isə Akif İsmayılov “yox” deyə cavab verib: “Tikinti işinə mən nəzarət etmirəm. Buna komissiya nəzarət edir”.

Qeyd edək ki, arena qızlar arasında dünya çempionatı ərəfəsində - bu ilin avqust ayının 16-da Prezidentin iştirakı ilə yenidən istifadəyə verilmişdi.

Qeyd edək ki, biz “Qafqazinfo” saytı olaraq hələ stadionda təmir gedən zaman-mayın 17-də sözügedən məkandan fotosessiya hazırlamışdıq və stadionun təmiri ilə məşğul olan Koreya Respublikasının “Samhoa” şirkətini elə Akif İsmayılov özü əməkdaşımıza təqdim etmişdi. Həmin xəbəri aşağıdakı linkdən oxuya bilərsiniz.

Akif İsmayılovun stadionu təmir edən Koreyanın “Samhoa” şirkəti ilə bağlı informasiyası



Sevinc