“Rəsul Quliyev Əli İnsanova elçi göndərib” – Manşetlər

resul-quliyev-eli-insanova-elci-gonderib-mansetler
Oxunma sayı: 700

“Bizim yol” qəzetinin manşet xəbəri “Hakim partiyada böyük “təmizləmə əməliyyatı”dır. Xəbərdə YAP-ın gələn ilin ilk aylarında özünün yeni qurultayını keçirəcəyi və partiyanın İdarə Heyəti və Siyasi Şurasının tərkibində ciddi dəyişikliklər gözlənildiyi yer alıb.

“Azadlıq”-ın manşetində “Əliyevin mühafizəçilərindən növbəti şok” “DİN-in sabiq əməliyyat müvəkkili Hacı Məmmədov tez-tez Prezident Administrasiyasına gedirmiş” xəbəri öz əksini tapıb.

“İran üzərində neft qadağası” –“Xalq Cəbhəsi” qəzetinin bu günki manşet xəbəridir. Xəbərdə yaxın aylarda İrandan neft alan dövlətlərin əksəriyyətinin bu ölkədən neft idxalına qadağa qoya biləcəyi ilə bağlı informasiya yer alıb.

“Yeni Müsavat” qəzeti “Rəsul Quliyev Əli İnsanova elçi göndərib” manşetini verib. Eks-spikerlərin gizli seçki hazırlıqları xəbərdə öz əksini tapıb.

“Bu gün qondarma soyqırımla bağlı qanun Fransa Senatında səsəverməyə çıxarılır” Bu barədə “525-ci qəzet” öz manşetində məlumat verir.

“Azərbayan” qəzetinin manşeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri ilə bağlıdır. Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etməsi məlumatı verilib.

“Şərq” qəzetinin manşeti- “Xalqları Sülhə hazırlamaq lazımdır”. “ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ nizamnaməsindəki ən böyük nailiyyəti sülhün qorunub saxlanması idi”.- Bernar Fasye İrəvanda bu açıqlamanı verib.

“Kaspi”-nin manşetində “Azərbaycanı avtoritar rejimlər siyahısına salanlar qərəzlidirlər”. Əli Həsənovun bu haqda açıqlaması yer alıb.

“Yeni Azərbaycan” manşetə “Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati ilə görüşüblər” xəbərini manşet edib.

“Zerkalo” qəzetinin manşetində ABŞ-ın 2012-ci il yardım paketində Ermənistana və Azərbaycana ayrılan vəsait haqda məlumat və münasibət yer alıb.

Sədan Bünyadova