Rəsul Quliyev Əli Kərimlinin məsələsini Avropada qaldırdı

resul-quliyev-eli-kerimlinin-meselesini-avropada-qaldirdi
Oxunma sayı: 683

“Fikrimcə Azərbaycanda Fransanın nə barədə qanun qəbul etdiyini bəzi adamlar dərindən başa düşmür. Bir çoxları düşünür ki, bu qanun soyqırımı qəbul edən qanundur”. Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Fransa erməni soyqırımını tanıması barədə qərarı 11 il bundan öncə 2001-ci ildə qəbul edib. Ondan başqa dünyanın 20 ölkəsi də belə bir qərar qəbul edib və onların içərisində Almaniya və Rusiya da var: “İndi Fransanın qəbul etdiyi qanun insan haqları il əlaqədardır. Fransa insanların fikrinə, düşüncəsinə qadağan qoyub. Yəni Fransa vətəndaşı soyqırımı qərarının düzgün olmadığı və ya onu qəbul etməmək barədə düşünə bilməz və fikirlərini deyə bilməz. Budur əsas problem. Budur insanın hüquqlarını kobudcasına pozmaq. Azərbaycan hökumətindən biz bu qanunun əleyhinə qətiyyətlə çıxmağı tələb edirik. Ancaq düşünmürük ki, hökumət bu addımı ata bilməz. Ondan sadəcə olaraq soruşarlar: “Əzizim sən öz ölkəndə insanların elementar hüquqlarını hər gün tapdalayırsan, beynəlxalq təşkilatların tənqidlərini qulaq ardına vuran 5-10 ölkədən birisən. Sənin nə ixtiyarın var qlobal insan hüququndan danışasan. Get əvvəl vətəndaşlarınla quldarlıq quruluşundakı kimi rəftarına son qoy, sonra səsini
çıxardarsan”. Bu gün bu hökumətin dilinin belə qısa olmasının səbəbkarlarından biri də biz özümüzük, çünki öz haqlarımızı tələb etməyə cəsarətimiz çatmır”.

R. Quliyev Almaniya səfərinin yekunları barədə də açıqlama verib. O, deyib ki, axırıncı 3 görüşlə səfərinə yekun vurub. Almaniyada Yaşıllar Partiyasından Mehmet Kiliç, SPD-dən Kristof Strasser və FDP-dən Serkan Törenl görüşləri əvvəlki kimi dərin fikir mübadiləsi aparılıb. ACP lideri deyib ki, görüşlərdə Azərbaycanda demokratiyanın bərpası üçün bütün aspektlər müzakirə edildi, Azərbaycanda seçkini saxtalaşdıran hakimiyyətin daha da amansız olduğunu vurğulayıb: “Mən qeyd etdim ki, keçən ilin aprelində müxalifət qüvvələrinin protest mitinq keçirmək cəhdi, çoxsaylı polislər tərəfindən amansızlıqla dağılması ilə yanaşı heç bir günahı olmayan onlarla mitinq iştirakçılarının həbs edilməsi ilə nəticələnib. Bütün ölkələrdə olduğu kimi bir neçə saat sonra onları buraxmaq əvəzin heç bir günahı olmayanlara orta hesabla 2-3 il iş veriblər. AXCP-nin sədri Əli Kərimliyə heç bir əsas olmadan pasport verilmir, faktiki olaraq Azərbaycan adlanan zindandan xarici ölkələrə səfər etməyə icazə verilmir. Deputatlar Azərbaycanda demokratiyanın bərpası yolunda xalqın yanında olacaqlarına söz verdilər”.