Rəsul Quliyev məşhur jurnalist haqda roman yazdı - Foto

resul-quliyev-meshur-jurnalist-haqda-roman-yazdi-foto
Oxunma sayı: 870

R. Quliyev “Qafqazinfo”ya verdiyi məlumatda bildirib ki, kitabın adı ingilis dilindən birbaşa tərcümədə “Həqiqətin qiyməti” adlanır. Amma o, kitabı Azərbaycan dilində “Jurnalistlər” adlanır. Roman kitab siyasi detektiv janrında yazılıb və üç tədqiqatçı-jurnalistin peşə fəaliyyəti zamanı göstərdikləri fədakarlıqlardan, rastlaşdıqları inanılmaz olaylardan bəhs edir. Əsərin əsas qəhrəmanları olan Con - ABŞ, Piter - ABŞ (Rusiyada işləyir) , Elvar isə “Azadan” adlı ölkəni təmsil edən jurnalistlərdir. Hər üç jurnalist “Azadan” Respublikasının prezidentinə qarşı təşkil edilmiş sui-qəsdin sifarişçilərinin və icraçılarının kimliyini araşdırırlar.

Kitabda “Azadan” kimi göstərilən ölkə, Sovet İmperiyası dağılandan sonra yaranmış totalitar rejimli ölkələrdən biridir və müəllif burada baş verən prosesləri, reallıqları öz fantaziyasının imkanlarından istifadə etməklə qələmə alıb. Elə “Azadanlı jurnalist Elvar” obrazı da Azərbaycan oxucusunun asanlıqla tanıya biləcəyi məşhur bir jurnalistin prototipidir. Moskvada işləyən Piterin də prototipinin kimliyini müəyyənləşdirmək oxucu üçün o qədər də çətin deyil.

Rəsul (Bayram) Quliyev bu əsəriylə təkcə Rusiya, Azərbaycan və Yaxın Şərq ölkələrindəki siyasi rejimlərin mahiyyətini, avtoritar hakimiyyət-azadlığa həsrət xalq münasibətlərini açmaqla kifayətlənmir, həm də belə rejimlərə qarşı ən mübariz təbəqənin satılmayan, ələ alına bilməyən jurnalistlər olması faktına diqqət çəkir. Kitabda oxucu Qərb və Şərq mədəniyyətinin incəlikləri, davranış normaları, Rusiya və Yaxın Şərq ölklərinin tarixinin ən önəmli məqamları ilə tanış olmaq imkanı da əldə edəcək.

Xatırladaq ki, bu, Rəsul Quliyevin son 6 ay ərzində oxucularına təqdim etdiyi üçüncü kitabıdır: bundan əvvəl, eks-spikerin pərəstişkarları onun “Axına qarşı” və “Qarabağ: müqavimətsizlikdən doğan faciə” romanlarıyla tanış olublar. Ümumiyyətlə, mühacirətdə olduğu dövrdə Rəsul Quliyevin “Neft və siyasət”, “Demokratiyaya doğru yol”, “Diktatorla üz-üzə” adlı kitabları da çapdan çıxıb.

Kitabdan maraqlı bir hissə yaxın günlərdə “Qafqazinfo”da yerləşdiriləcək.