Rəsul Quliyev qalmaqaldan danışdı

resul-quliyev-qalmaqaldan-danisdi
Oxunma sayı: 967

Bundan başqa, arxasında R.Quliyevin dayandığı iddia olunan “Azpolitika” saytında parçalanma baş verib; hazırda azolitika.com və azpolitika.info saytları çalışır.

Bu arada isə belə iddialar səslənir ki, “Azpolitika”da Müsavat Partiyasının başqanı İsa Qəmbərin əleyhinə yazılar dərc olunması R.Quliyevin tapşırığı ilə həyata keçirilir.
Bu iddialara aydınlıq gətirməsi üçün R.Quliyevlə əlaqə saxladıq. Eks-spiker S.Əkbərlə bağlı məsələyə dair suala belə cavab verdi: “Sülhəddin Əkbəri 20 ildir tanıyıram, ona münasibətim həmişə yaxşı olub. Kifayət qədər məntiqli, analiz etməyi bacaran şəxslərdən biridir. Azərbaycanın gələcəyi məsələsi ilə əlaqədar bir çox tanınmış azərbaycanlılarla, o cümlədən Sülhəddin müəllimlə müzakirələr aparmışam. Onun fikirlərindəki orijinal ideyalar, məntiq məni maraqlandırdığından onunla Avropa ölkələrindən birində görüşməyi qərara almışıq. Ümid edirəm ki, bu görüş yaxın vaxtlarda baş tutacaq, ondan sonra daha geniş məlumat ala bilərsiniz”.

“Azpolitika” ilə bağlı məsələyə və həmin saytda İ.Qəmbərin tənqid olunması barədə suala cavabında o deyib: ““Azpolitika” müstəqil informasiya vasitəsidir, orada yazılanlar ciddiliyi ilə mənim xoşuma gəlir. Heç bir informasiya vasitəsini özəlləşdirmək fikrim yoxdur və heç vaxt olmayacaq. Düşünürəm ki, mətbuat ancaq azad olanda mətbuat sayıla bilər. Sözsüz ki, istənilən qəzetdə işləyən jurnalistlər cəmiyyətdən izoliyasiyada yaşamır, istənilən şəxs və ya hadisə barədə müəyyən fikrə malik olur. Jurnalistlərin yazılarında da bu simpatiya və ya antipatiya hiss olunur. “Azpolitika”da nəyinsə baş verdiyindən xəbərim yoxdur, sayt normal işləyir, daxildə müəyyən fikir ayrılığı ola bilər, bu da təbii bir prosesdir. Dramatikləşdirməyə dəyməz. Mən həyatım boyu istənilən şəxs barədə fikirlərimi özüm açıq şəkildə demişəm. Heç vaxt heç kim haqqında sifarişlə nəsə yazdırmağa cəhd etməmişəm. Ümumiyyətlə, istənilən jurnalistə təzyiq etməkdən zəhləm gedir”.

Nəzərə çatdıraq ki, Elnur Məhərrəmlinin rəhbərlik etdiyi azpolitika.info saytı artıq Rəsul Quliyevə aid materialları, yeni məlumatları yaymır. Heydər Oğuzun rəhbərlik etdiyi azpoltika.com-da isə eks-spikerin müsahibələri, blokunun reklamları yer alır.
Musavat.com