Rəsul Quliyevin daha bir kitabı satışdan çıxarıldı

resul-quliyevin-daha-bir-kitabi-satisdan-cixarildi-
Oxunma sayı: 643

Bu barədə “Qafqazinfo”ya R. Quliyev özü məlumat verib. Onun sözlərinə görə, bu ilin əvvəlində Bakıda Azərbaycan və rus dillərində çap olunan “Axına qarşı” kitabı normal olaraq kitab mağazalarında satışa verilib. Bu vaxta qədər o digər kitablarından fərqli olaraq “Axına qarşı” kitabına hər hansı problem yaradılmadığını qeyd edib. Lakin son məqalələrindən sonra bu kitabı da mağazalardan yığışdırılıb. Buna baxmayaraq, eks-spiker bildirib ki, ötən müddət ərzində onun kitabı kifayət qədər satılıb.