Rəsul Quliyevin partiyası bəyanat verdi

resul-quliyevin-partiyasi-beyanat-verdi
Oxunma sayı: 642

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiya bu kimi addımları mütərəqqi düşüncənin susdurulması siyasəti hesab edib: “Hər bir ölkənin gələcəyi, inkişafı və sağlam ictimai mühitinin formalaşmasında elm adamlarının və ziyalıların yeri əvəzsizdir. Bəşər tarixində həmişə belə olub ki, alimlərin əldə etdiyi elmi biliklər sayəsində insan cəmiyyəti inkişaf və tərəqqiyə qovuşub. Rafiq Əliyevə və ziyalılara qarşı aparılan mürtəce hərəkətlər sivil dünya görüşünə aqressiv münasibətin bariz göstəricisidir. Xalqımızın yetişdirdiyi nadir zəka sahibinə edilən haqsızlıq hamını hiddətləndirib”.

Partiya hakimiyyətin Azərbaycanın böyük ziyalısına göstərdiyi münasibəti onun çıxışları və fəal ictimai mövqeyi ilə əlaqələndirib. Digər tərəfdən bunun azad sözə, sərbəst fikrə və bütövlükdə ictimaiyyətə qarşı yönəlmiş total təzyiq siyasəti olduğunu vurğulayıb.

ACP hakimiyyətdən Rafiq Əliyevə qarşı yönəlmiş təzyiq metodlarının durdurulması və onun hüquqlarının dərhal bərpa edilməsi tələbi ilə çıxış edərək, cəmiyyəti bu hadisəyə biganə qalmamaqla yanaşı aktiv vətəndaş mövqeyi nümayiş etdirməyə çağırıb.