“Brexit” üzrə yeni nazir təyin olundu

brexit-uzre-yeni-nazir-teyin-olundu
Oxunma sayı: 1450

Böyük Britaniyanın səhiyyə nazirinin keçmiş müavini Stiv Barkliyə vəzifə verilib.

“Qafqazinfo”nun “BBC”yə istinadən məlumatına görə, Barkli ölkənin “Brexit” məsələləri üzrə naziri təyin edilib. Nazirlər Kabineti də onun bu posta təyinatını təsdiqləyib.

Barkli Britaniyanın Avropa Birliyindən çıxmasını dəstəkləməyən və istefa verən Dominik Raabın yerinə gəlib.