“Brexit”ə görə Londonda 1 milyon insan küçələrə çıxdı - Fotolar

brexite-gore-londonda-1-milyon-insan-kucelere-cixdi
Oxunma sayı: 3462

Londonda Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı ikinci referendumun keçirilməsi tələbiylə kütləvi nümayiş keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nümayişə qatılanların sayının bir milyona çatdığı bildirilir. 

Londonlular Britaniya hökumətindən vətəndaşlara “Brexit”in taleyini həll etmək haqqının verilməsini və təkrar referendumun keçirilməsini tələb edirlər. 

Kütləvi aksiyada London meri Sadiq Xan, “Liberal demokratlar” partiyasının lideri Vins Keybl, həmçinin Şotlandiyanın birinci naziri Nikola Sterjden də iştirak edir. 

Nümayişi təşkil edən “Xalqın səsi” (“People's Vote”) ictimai kampaniyası bunu ölkənin Aİ-dən çıxması ilə əlaqədar keçirilən ən irimiqyaslı nümayiş adlandırıb. 

Qeyd edək ki, gələn həftə “Brexit” üzrə növbəti səsvermə keçiriləcək. Əgər britaniyalı deputatlar yeni sazişi dəstəkləsələr, o zaman Britaniya mayın 22-də Aİ-dən çıxacaq. Əks halda, aprelin 12-si baş nazir Tereza Mey hadisələrin necə inkişaf edəcəyinə qərar verməli olacaq. 

“Brexit”lə bağlı yaranmış qeyri-stabil situasiyanın fonunda Böyük Britaniyanın Aİ-dən çıxmasının ləğvini dəstəkləyən petisiya 4 milyon imza toplayıb.