Breyn Rinq üzrə Yubiley Kuboku keçirilib

breyn-rinq-uzre-yubiley-kuboku-kecirilib
Oxunma sayı: 695

Turnirdə Xəzər İntellektual Gənclər Klubunun komandaları ilə yanaşı digər klublardan olan bilicilər də iştirak edib. Breyn-Rinq turnirinin suallarını klubun ən güclü komandalarından biri olan “Diplomat” komandası hazırlayıb. Gərgin mübarizə şəraitində keçən yarışda çox maraqlı qarşılaşmalar olub. Sonda turnirin qalibi adını “Turan” komandası qazanıb. Gümüş medallar “Cihad” komandasına qismət olub. “SVU” komandası isə üçüncü yerlə kifayətlənməli olub. Qaliblər AMEA-nın Kitab Mərkəzi tərəfindən təqdim olunan yeni redaksiyada nəşr olunan Azərbaycan Ensiklopediyası ilə mükafatlandırılıblar.

Xəzər İntellektual Gənclər Klubu yeni layihə çərçivəsində klublarda iştirakçıların sayını daha da genişləndirməyi və oyunları intensivləşdirməyi planlaşdırır. Layihə 2011-ci ilin sonuna qədər davam etdiriləcək.

Nigar Məmmədli