Rihannanın son klipi qadağan olundu

rihannanin-son-klipi-qadagan-olundu
Oxunma sayı: 662

“Qafqazinfo”nun Türkiyə saytına istinadən verdiyi xəbərə görə, müğənninin "Talk That Talk” adlı 6-cı albomunda yer alan “We Found Love” mahnısına çəkdirdiyi klipi Fransada gecə saat 22:00-dan əvvəl yayımlanmasına icazə verilmir. Buna səbəb isə müğənninin demək olar ki, bütün kliplərində və səhnə şoularında müşayiət olunan açıq-saçıq səhnələrdir.
Rihannanın bu kliplə eks-sevgilisi Kris Brouna mesaj göndərdiyi deyilsə də, 23 yaşlı müğənninin klipdəki tərəf müqabili Dudley OŞaughnessi ilə birgə olduğu da iddia edilir.