Rikki Martin kişi ilə evlənir - Fotolar

rikki-martin-kisi-ile-evlenir-fotolar
Oxunma sayı: 670

İspaniyanın “El Nuevo Dia” qəzetinin yaydığı xəbərə görə, məşhur müğənni Rikki Martin evlənmək qərarı verib. Amma bu bizim düşündüyümüz kimi ənənəvi evlilik deyil. O, öz həmcinsi ilə evlənməyə hazırlaşır. Öz ölkəsində – İspaniyada eynicinslilərin evliliyi qadağan olunduğu üçün o sevgilisi Karlosla ABŞ-da evlənəcək. Onların toyu yanvarın 28-də Nyu-Yorkda olacaq.

Süni mayalanmadan iki uşağa sahib olan Rikki Martin maliyyə sektorunda işləyən sevgilisi üçün “Karlosla bir-birimizi sevirik. Karlos mənim uşaqlarımla çox yaxşı yola gedir” deyib.

Xatırladaq ki, Rikki Martin cinsi azlıq olması ilə bağlı 2010-cu ilin mart ayında açıqlama verib və “Bunun mənə bir hədiyyə olduğunu düşünürəm” deyib.