Brilliant 12 ildən sonra... - “Apar məni”

brilliant-12-ilden-sonra-apar-meni
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, jurnalistlərlə görüşündə xanım Dadaşova bildirib ki, 12 ilə yaxındır ki, Heydər Əliyev sarayında konsert vermir: “Mən 12 ilə yaxındır Heydər Əliyev adına sarayda konsert vermirəm. Mənə belə bir təklif gəldi və sevə-sevə qəbul etdim. “Konsertin adı “Apar məni”dir. Mən bu konsertdə bəzi konsertlərdə olduğu kimi heç kimə maşın və ya başqa surpiriz vəd etmirəm. Konsertimdə yalnız gözəl musiqinin olacağına söz verirəm. Artıq əsas yerlərin biletleri satılıb. Mənə Rusiyadan iş adamları zəng vurur ki, biz qabaq yerlərə bilet tapa bilmirik. Mənim vaxtım olmadı Türkiyədən lazımı şəxsləri, dostlarımı dəvət edim. Amma bizim dünyaca tanınan balaban ustası Əlixan Səmədov orda olacaq”.

Onu da deyək ki, B. Dadaşovanın konsertində Heydər Əliyev adına sarayın baş rejissoru Gülçöhra Şəfiyeva da iştirak edib.

Aynur B.