Brilliant 5 illik fasilədən sonra... - Fotolar

Brilliant 5 illik fasilədən sonra...
Oxunma sayı: 2854

Martın 3-də xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev Sarayında  “Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konserti baş tutub.

“Qafqazinfo” xəbər verir ki,  müğənnni 5 illik fasilədən sonra 20 nəfərlik ansamblı ilə yeni və repertuarındakı sevilən mahnıları ilə tamaşaçılarının qarşısına çıxıb. 

Konsert zamanı Dadaşova zala enərək pərəstişkarları ilə  “Bəri bax” mahnısını ifa edib. 

Gecədə bəstəkarlar Vagif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova müğənninin ifalarında mahnılarını royalda özləri müşayiət ediblər.

Qeyd edək ki, konsert Azərbaycan televiziyası tərəfindən lentə alınıb.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi