Brilliant aparıcıları tənqid etdi

brilliant-aparicilari-tenqid-etdi
Oxunma sayı: 2224

Xalq artisti Brilliant Dadaşova azərbaycanlı teleaparıcıları tənqid edib. “Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə rəsmi instaqram səhifəsində paylaşım edib. 

Dadaşova Seda Sayanın proqramından bir görüntü yayımlayaraq efirdə olan bəzi aparıcıların səriştəsiz olduğunu bildirib:

“Dostlar, sonra deməyin ki, niyə tez-tez televiziya proqramlarında görünmürəm? Baxın, Seda Sayan öz proqramında qonaqlara necə diqqət yetirir… Bizim bir çox verilişlərimizdə aparıcıların efir mədəniyyətindən xəbər olmadığı üçün müğənni musiqi ifa edərkən o, başqa işlərlə məşğul olur. Bunun dəfələrlə şahidi olmuşuq. Əfsuslar olsun ki, efirdən bixəbər, səriştəsiz proqram aparıcılarımız günü gündən çoxalır”.