Brilliant Aygünə od püskürdü

brilliant-aygune-od-puskurdu
Oxunma sayı: 638

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, Brilliant Dadaşova internetdə yayılmış “Aygünə vəfa borcum var” adlı videoya münasibət bildirib.

Xatırladaq ki, videoda B.Dadaşova həmkarının ünvanına təriflər yağdırıb, onun Aygün Kazımovaya vəfa borcu olduğunu söyləyib.
Xalq artistinin məsələylə bağlı “Facebook” profilində yazdığı statusu olduğu kimi təqdim edirik:

“Əziz “Facebook” dostlarım. Mənə deyirlər ki, Türkiyədə heç nəyə nail olmamışam. İnternetdə yerləşdirdikləri həmin videoda mən nələrə nail olduğumu deyirəm. Orada Türkiyənin YUNESKO-dakı xoşməramlı səfiri, millət vəkili, bəstəkar Zülfü Livaneli tərəfindən onun musiqisini ifa etmək üçün Ankara və İstanbuldakı stadion konsertlərinə dəvət aldığım bildirilir. Həmin vaxt Aygün məni verilişdə əvəz edib. Buna görə də mədəniyyətimə uyğun şəkildə ona təşəkkürümü bildirmişəm.

Bu dəfə də mədəniyyətimə uyğun addım ataraq, saymamazlıq etməmək üçün jurnalistlərin “Kral” TV ilə əlaqədar suallarına öz “Facebook” səhifəmdə cavab verdim. Bildirdim ki, onun mükafata layiq görülmədiyinə məyus oldum. Gördüyünüz kimi bu söhbət nəyin bahasına olursa-olsun gündəmdə qalmaq istəyənlərin “kislarod”una çevrildi”.

“VERİLİŞİNİN REYTİNQİ AŞAĞI OLDUĞU ÜÇÜN QAPADILDI”
Xalq artistinin Aygün Kazımova ilə bağlı fikirləri bununla bitməyib.
O, Kazımovanın “Space”də apardığı verilişinin aşağı reytinq aldığını deyib:

“Aygünün istəyinə görə, mən həmin ərəfədə “Space” rəhbərliyindən xahis etdim ki, verilişi ona versinlər. Çünki vaxtım yox idi. Etibar Babayev (“Space”in keçmiş prezidenti) razı olmadı. Dedi ki, əgər o, burada proqram aparsa, gərək sponsoru olsun. Sponsorsuz məndən başqa heç kimə icazə verə bilməyəcəyini demişdi. Mən verilişi bağladıqdan sonra onun sponsorlu proqramı başladı. Amma heyif ki, mənim verilişim kimi 5 il yox, yalnız iki ay davam etdi. Reytinq 0,2 göstərdi. O vaxt da məyus olmuşdum, amma yaxşı ki, “Facebook” yox idi. Yaxşı ki, yazmamışdım”.

“NATAVANA TƏPİK ATAN, RÖYAYA BAKAL TULLAYAN MÜĞƏNNİYLƏ SKANDAL ETMƏK MƏNİM İŞİM DEYİL”
“Əziz dostlarım narahat olmasınlar. Natavan Həbibiyə yarışmada uduzduqdan sonra təpik atan, Röyaya bakal tullayan, indi səs-səsə verdiyi kişi müğənnisinə görə televiziyaya xoruz gətirib qaqqıldadan, ağzından çıxanı deyib sonra qucaqlaşıb öpüşən müğənniylə skandal etmək mənim işim deyil” – deyə müğənni statusunda qeyd edib.