Brilliant Aygünə söz atıb? - Yenilənib

brilliant-aygune-soz-atib
Oxunma sayı: 2742

Xalq artisti Brilliant Dadaşova qalmaqala səbəb olacaq açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, məşhur müğənni “MTV Azərbaycan”ın 7 yaş buraxılışında üstüörtülü şəkildə həmkarı Aygün Kazımovaya söz atıb. 

O, dünyaca tanınan repçi Snup Doqla duet oxuyan Aygünü sərt şəkildə tənqid edib:

“Gedib xarici müğənniyə pul verib, onların yanında dayanan insanlar var. Hər zaman pul xərcləyiblər ki, onları müğənni hesab etsinlər. Elə insanları mən qəbul etmirəm. Mənə hər zaman pul verilib ki, kimsə yanımda dursun. Hələ fikirləşmişəm... Kiməsə pul verim ki, gəl sənlə duet oxuyum? Ölərəm ey, həmin gün yata bilmərəm. Dırnağım qədər sənəti olanları yanıma gətirib, tərifləmişəm, göylərə qaldırmışam, çaşıblar”.

***

"MTV Azərbaycan"ın rəhbəri Rəhim Rəhimli  "Qafqazinfo" əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.  O, proqramda Xalq artisti Brilliant Dadaşovanın Kazımovaya söz atmadığını bildirib:

"Azərbaycanda kifayət qədər xarici müğənnilərlə duet oxuyan sənətçilər var. Nigar Camal- Berksan, Seya- Samirə Əfəndi, Tünzalə Ağayeva- Kelly Joyce, Nigar Camal- Dima Bilan və başqa duetlər var. Hollivud layihəsi desəydi, başa düşərdik ki, bu, Aygün kazımova -Snup Doq duetindən söhbət gedir. Brilliant xanım proqramda ad çəkməyib, Aygün Kazımova barədə danışmayıb ".