Brilliant Dadaşova da Türkiyəyə üz tutdu

brilliant-dadasova-da-turkiyeye-uz-tutdu
Oxunma sayı: 1233


“Qafqazinfo”nun məlumatına görə,  qardaş ölkənin Mədəniyyət Nazirliyi və Ferit Ginöl Mədəniyyət və Sənət mərkəzinin təşkilatçılığı ilə "Səs ver Gazientep" projesinde iştirak edib. Türkiyənin ən məşhur türkücüləri ilə bərabər azərbaycanlı müğənni layihə üçün səsini yazdırıb və video çəkilişlərdə iştirak edib. Müğənninin ifası türk musiqiçilərini o qədər məftun edib ki, Brilliant digər sənətçilərdən fərqli olaraq 1 yox 3 musiqi ilə layihəyə qoşulub. 

“İlk mahnımı oxuyandan sonra hər kəs mənə hocam deyə müraciət edirdi. Onlar elə ilk musiqidən sonra sizdən çox şey öyrənilir deyə nazımı çəkməyə başladılar. Türk qardaşlarımızın sənətə verdiyi qiymət məni çox sevindirdi. "Bahçalarda mor meni", "Lingo lingo şişeler" və "Helvacı helva" adlı antep türkülərini ifa etdim. Kaş ki, Azərbaycanda da məni təkrarlayıb, məndən öyrənənlər bunu danmasaydılar”-, deyə xalq artisti bildirib. 

Qeyd edək ki, layihə ilk dəfə olaraq 3D formatında hazırlanıb və xalq artistinin çəkilişləri məhşur “Zeugma mozaik” muzeyində gerçəkləşib.