Brilliant Dadaşova dinini dəyişib? - Açıqlama

Brilliant Dadaşova dinini dəyişib?
Oxunma sayı: 7172

Xalq artisti Brilliant Dadaşova dininin dəyişməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Xalq artistinin adından “Qafqazinfo”ya daxil olan açıqlamada bu xəbər təkzib olunur və bir neçə gün əvvəl kilsədə keçirilən Milad Bayramında iştirakına aşağadakı kimi aydınlıq gətirilib: 

"İsa peyğəmbərə məhəbbəti mənə müqəddəs Qurani Kərimi əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və mən fəxr edirəm ki, ölkəmizdə bütün dinlər və mədəniyyətlərə dərin hörmət və ehtiram var.

Əgər qastrol səfərlərində çüsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə, kilsələrə getmişəm, İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam və hətta Hindistanda olarkən hind Dini məbədlərini ziyarət etmişəm. Eləcə də, pasxa və milad bayramında kilsələrdə oluram. Kilsə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Təbii k,i hər zaman öz Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Cox təəssüf edirəm ki, indiyənədək mənə məhz bu haqda sizinlə danışmaq nəsib olmayıb, siz indi bilmisiz".



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi