Brilliant Dadaşova telekanalda aparıcı olacaq

brilliant-dadasova-telekanalda-aparici-olacaq
Oxunma sayı: 682

“Qafqazinfo”nun məlumatına görə, bu barədə SalamNews-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, yeni yayım dönəmində kanalın daha çox tanıdılmasına üstünlük verən TMB kanalı fərqli proqramlarla bütün Türk dünyasına səslənmək niyyətindədir.

Bu baxımdan ilk olaraq TMB kanalında Azərbaycanın tanınmış sənətçisi Brilliant Dadaşova ilə dekabrın 4-dən etibarən “Brilliant ilə Pırlantalı Gecələr” adlı yeni bir veriliş ekranlara çıxacaq. Ən az bir sənətçi qonağın da dəvət ediləcəyi bu dinamik programda tamaşaçıya musiqili-əyləncəli dəqiqələr yaşadılacaq.