Brilliant Dadaşovanın çəkildiyi sosial çarx 31 ölkədə yayımlanacaq

brilliant-dadasovanin-cekildiyi-sosial-carx-31-olkede-yayimlanacaq
Oxunma sayı: 1521


“Qafqazinfo”nun məlumatına görə, bu gün Beynəlxalq Tütünlə Mübarizə Günündə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə "Addım" Gənclər təşkilatının  birgə keçirdiyi “No Smoking Film Festivalı”nın açılış mərasimi keçiriləcək. Gecədə dövlət rəsmiləri, sənət və media nümayəndələri, tütün əleyhinə mühazirələr keçən mütəxəssislər iştirak edəcəklər. Artıq ikinci ildir ölkəmizdə böyük maraqla gerçəkləşən festivalın təşkilatçılığında digər maraqlı məqam isə onun tanıtım videolarıyla bağlıdır. 

Ötən il Brilliant Dadaşova, Həmidə Ömərova, Murad Dadaşov, Flora Kərimova, Firdovsi Atakişiyev, Eldar Qasımov, Hüsniyyə Məhərrəmova,Sabina Babayeva, Aytən Səfərova, Felix Vişnevetskiy, Elnur Məmmədov və başqalarının iştirak etdiyi video-çarx maraqla qarşılanmışdı. Bu il isə layihənin reklam siması olan Brilliant Dadaşova hitlərindən birini tanıtım videosunda gənclərlə birgə ifa edib. Məhz 2-ci “No Smoking Film Festivalı”nın anonsu bu gün dünyanın 31 ölkəsində ingilis subtirtlərilə yayımlanacaq. Nümayişin təşkilini "Addım" Gənclər təşkilatı və Portuqaliyanın “Unicer” təşkilatı həyata keçirir.