“Brilliant məndən 13 yaş böyükdür” - Faiq Ağayev

brilliant-menden-13-yas-boyukdur
Oxunma sayı: 4633

“Bizim aramızda heç vaxt möhkəm dostluq olmayıb. Yaş fərqimiz var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev MTV-də qonaq olduğu "Söhbətsiz" verilişində deyib. O, uzun illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova barədə danışıb. 47 yaşlı F. Ağayev bildirib ki, Dadaşova ondan 13 yaş böyükdür.

Müğənni B. Dadaşova ilə münasibətə son qoymağının səbəbini ilk dəfə açıqlayıb:

“Həmişə aramızda müəyyən bir pərdə olub. Məndən bir neçə kurs yuxarıda oxuyurdu, hətta bir dəfə məni mahnıları üçün bek-vokal olaraq çağırmışdı, mənim üçün problem yox idi deyə getmişdim. Aramızda olan söhbət toy bazarının bölünməsi ilə bağlı idi. İlk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, o zaman da ən “xodgedən” müğənnilərdən bir pillə yüksək qiymət qoydum. Münaqişəmiz toyda baş verdi. Xırda məsələ idi, böyütmək lazım deyildi. Bu məsələni mətbuata çatdıran nə mən, nə də toy sahibi oldu. 

Bir neçə gün sonra gördüm ki, iki qəzetdə hadisə haqda qərəzli yazılar yer alıb. İki-üç gün dözdüm, gördüm ki, söhbət səngimir, həqiqəti söylədim. Sənətdə ona qələbələr arzu edirəm, o, mənim yerimi heç vaxt dar etmir. Ümidvaram ki, mən də onun yerini dar etmərəm”.