Brilliant müsəlmanları aşağıladı- - Foto

brilliant-muselmanlari-asagiladi-
Oxunma sayı: 6013


Xalq artisti Brilliant Dadaşovanın ötən il Ramazan ayında məsciddə verdiyi iftar süfrəsində əməkdar artistlər, Zöhrə Abdullayeva və Elza Seyidcahanla birgə çəkdirdiyi foto sosial şəbəkədə yenidən müzakirə olunub. “Qafqazinfo”nun lent.az-a istinadən verdiyi məlumata görə, B.Dadaşova onlara ünvanlanan iradlara kəskin reaksiya verib. O bildirib ki, dünya əhalisi  müsəlmanlarının adını eşidən zaman diksinir: “Nə axmaq, cahil müsəlmanlar var imiş. Ona görə də, dünya müsəlmanların adı gələndə diksinir. Bizim inancımız, imanımız böyük fəlsəfə olan İslamadır”.

B.Dadaşova daha sonra Z.Abdullayeva və E.Seyidcahan barədə tənqidi fikir yazanlara da səslənib: “ Əlbəttə, qolu açıq geyinib heç kəsə mərdimazarlıq etməyib. Ağlı, əqidəsi, düşüncəsi pislik istehsal edən  bəzi insanlara demək istəyirəm ki, bu bəsit fikirləri boş boğazlarında saxlasalar, Allaha daha da xoş olar”.