Brillianta Mercedeslə 30 mini ermənilər verib

brillianta-mercedesle-30-mini-ermeniler-verib
Oxunma sayı: 6390


Xalq artisti Brilliant Dadaşovaya Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatını ermənilər verib. Lent.az-ın əldə etdiyi məlumata görə, mükafatı təsis etmiş qurumun idarə heyətinin sədri erməni Hakop Boyadjan, digər 2 üzv də əslən erməni – Sergey Hakopyan və Eduard Nazaryandır.

Məsələylə bağlı B.Dadaşova Lent.az-a açıqlama verib: “Bunu ilk dəfə sizdən eşidirəm. Birincisi, ermənilər hər yerdə var. Məni Amerika dəvət edib. Nə etməliyəm? Genlərini yoxlamalıyam? Məni həmin mükafata təşkilatçı Zarina Usubova adlı xanım dəvət etmişdi. Bir də bu məsələdə nəsə problem görmürəm. Bilirdim ki, bu mükafata bir mız qoyacaqlar. Bu, əslində bizim musiqimizin uğurudur. Baxın, ermənilər bizim musiqini qiymətləndirir. Məncə burada qəbahət bir iş yoxdur. Qaldı ki, ermənilərin mənə mükafat verməsinə, onların rəhbərlərinin erməni olmasından bixəbərəm”.

Qeyd edək ki, B.Dadaşova “Big Apple Music Awards” mükafatına "Dünya musiqisinə verdiyi töhfələrə" görə təltif olunub.

 Xatırladaq ki, müğənniyə Nyu-Yorkda mükafatla bərabər 30 min dollar və son marka Mercedes avtomobili hədiyyə olunub.

Təşkilatçılarla buradan tanış ola bilərsiniz