Britaniya AB-dən çıxsa - Şotlandiya müstəqillik istəyəcək

britaniya-ab-den-cixsa
Oxunma sayı: 1256

Böyük Britaniya Avropa Birliyindən çıxarsa, Şotlandiya Birləşmiş krallıqdan ayrılaraq müstəqil olmaq istəyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” “Deltapoll”un keçirdiyi sorğuya əsasən məlumat yayıb. Sorğuda iştirak edən 1,022 insan Britaniyanın AB-dən çıxacağı təqdirdə növbəti referendumda 47% Şotlandiyanın müstəqillliyi lehinə, 43% əleyhinə səs verəcəyini açıqlayıb. 10% isə mövqe bildirməyib. 

Qeyd edək ki, 2016-cı ildə şotlandların əksəriyyəti ölkənin AB-nin tərkibində qalması üçün səs vermişdilər. Ancaq Britaniya gələn il martın 29-da birliyi tərk etməlidir.