Britaniya Filmləri Festivalı başlayır

britaniya-filmleri-festivali-baslayir
Oxunma sayı: 634

Aprelin 28-də Nizami Kino Mərkəzi, British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə Üçüncü Britaniya Bahar Film Festivalının açılışını keçirəcək.

"Qafqazinfo" xəbər verir ki, bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış "Yetkinlik Həyatının Bacarıqları" komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.

Aprelin 28-dən mayın 04 –dək Nizami Kino Mərkəzində davam edəcək Britaniya Bahar Film Festivalında qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı unudulmaz və çox fərqli filmlər -"Yetkinlik Həyatının Bacarıqları" (Adult Life Skills), "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Yan, Yan, Yan" (Burn, Burn, Burn), "Daşqın" (The Levelling), "Möhtəşəm Həyat” (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest) tamaşaçılara təqdim olunacaq.

Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində, rus dilində alt yazılarla nümayiş ediləcək.

Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.