Britaniya funt sterlinqi “Brexit” xəbərlərindən sarsıldı

britaniya-funt-sterlinqi-brexit-xeberlerinden-sarsildi
Oxunma sayı: 1659

İngiltərədə Avropa İttifaqı ilə “Brexit” razılaşmasına etiraz edən 3 nazirin bir gündə istefasının ardınca funt sterlinqdə 17 ayın ən yüksək ucuzlaşması yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün funt sterlinq dollar qarşısında 1,8 faiz ucuzlaşaraq 1,2762 dollara, avro qarşısında isə 0,95 faiz ucuzlaşaraq 1,13 -ə düşüb.