Britaniya hərbi gəmilərini Suriya sahillərinə göndərir

britaniya-herbi-gemilerini-suriya-sahillerine-gonderir
Oxunma sayı: 1498

Böyük Britaniyanın Baş naziri Tereza Mey Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı gəmilərinə Suriyaya raket zərbəsi endirə biləcəkləri məsafəyə qədər yaxınlaşması əmrini verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Suriyaya zərbələr cümə axşamı endirilə bilər. Buna qədər Tereza Meyin artıq nazirlər kabinetinin təcili iclasını çağırdığı da qeyd edilir.

Xatırlaqdaq ki, Qərb dövlətləri Əsəd rejimini Şərqi Qutadakı Duma şəhərinə kimyəvi bomba atmaqda ittiham edir. Rəsmi Moskva isə bu ittihamları rədd edir.