Britaniya oğurluqda ittiham olundu

britaniya-ogurluqda-ittiham-olundu
Oxunma sayı: 631

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Argentina Britaniyanı mübahisəli ərazilər olan Folklend adalarına məxsus təbii resursları oğurlamaqda günahlandırıb: “Onlar bizim təbii resurslarımızı bizim neftimizi, balığımızı soyurlar”. Argentina prezidenti adaların mülkiyyətinin müdafiəsi üçün bütün siyasi, hüquqi və diplomatik vasitələrdən istifadə edəcəyini qeyd edib.
Qeyd edək ki, otuz il əvvəl bu ərazilər iki dövlət arasında silahlı toqquşmalara səbəb olmuşdu. İki ölkə arasındakı əlaqələr, xüsusilə Britaniyanın neft şirkətinin birtərəfli qaydada Folklend adaları yaxınlığında neft yataqlarının kəşfiyyatına başlaması ilə gərginləşmişdi.

Səidə