Britaniya parlamentinin buraxılacağı vaxt açıqlandı

Britaniya parlamentinin buraxılacağı vaxt açıqlandı
Oxunma sayı: 38

Böyük Britaniya parlamenti erkən seçkilərdən bir neçə gün öncə, mayın 3-də gecə saatlarında buraxılacaq.
 

“Qafqazinfo”nun “The Guardian” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İcmalar Palatasının lideri Devid Lidinqton bildirib.

Qeyd edək ki, ölkənin baş naziri Tereza Mey iyunun 8-də erkən parlament seçkilərinin keçiriləcəyini elan edib.

Onun sözlərinə görə, Britaniya Brexit qərarından sonra müəyyənlik, stabillik və güclü rəhbərliyə ehtiyac duyur. Bu səbəbdən də növbədənkənar seçkilər keçirilməlidir. 

Mey əlavə edib ki, hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, Böyük Britaniya Avropa İttifaqını tərk edəcək və “geri donüş yoxdur”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi