Britaniya səfirliyi Azərbaycanda futbol turniri təşkil edir

britaniya-sefirliyi-azerbaycanda-futbol-turniri-teskil-edir
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, səfirlik 6 avqust şənbə günü saat 18.00-dan 20.00-dək, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən “Dalğa” İdman İstirahət Kompleksində qeyri-rəsmi futbol turniri təşkil edəcək. Turnirə altı komanda qatılacaq - Britaniya Səfirliyini təmsil edən London 2012 komandası, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Britaniya-Azərbaycan Məzunlar Birliyi komandaları həmçinin, idman jurnalistlərindən ibarət Mətbuat komandası. Mətbuat nümayəndələri də oyunu izləmək üçün dəvətlidirlər.
Səidə