Britaniya vətəndaşını soyan Masallı sakini həbs olundu

britaniya-vetendasini-soyan-masalli-sakini-hebs-olundu
Oxunma sayı: 860


“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

Martın 7-də naməlum şəxslər Hövsan bağlarında yaşayan Züleyxa Əsgərovanın evinə daxil olaraq, onun və evdə olan Humay Nəsirova ilə Fərzanə Ağayevanın əllərini bağlayaraq hədə-qorxu gəliblər. Daha sonra evdən 900 manat, 1 ədəd qızıl və 1 ədəd gümüş üzük götürərək qaçıblar. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rüfət Məmmədov tutulub, digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Azər Tağıyev iyunun 4-də tutulub.

2012-ci il noyabrın 2-dən 4-dək olan müddətdə H. Seyidbəyli küçəsində yaşayan Böyük Britaniya vətəndaşı Saied Tahamtaninin mənzilindən 15 min manat, 2000 ABŞ dolları və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Masallı rayon sakini Kamil Musayev iyunun 4-də tutulub.

Mayın 27-də Azadlıq prospektində naməlum şəxs Bakı şəhər sakini Günel Mustafazadəyə məxsus, içərisində 115 manat, qızıl sırğa və mobil telefon olan pul kisəsini əlindən alaraq qaçıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, İsmayıllı rayon sakini Məhəmməd Talıbov iyunun 4-də tutulub.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Eldəniz Quliyevdən 485 qram marixuna aşkar edilərək götürülüb.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Nurəddin Quliyev iyunun 4-də tutulub.

İyunun 2-nə keçən gecə X. Məmmədov küçəsində yaşayan Azər Orucova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Xətai RPİ DYPŞ və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini Ramiz Kərimzadə iyunun 4-də Gəncə prospektində avtomobillə birlikdə yaxalanıb.