Britaniyalı nazir rusiyalı səfirin əlini sıxmadı

britaniyali-nazir-rusiyali-sefirin-elini-sixmadi
Oxunma sayı: 2840

Böyük Britaniyanın XİN rəhbəri Boris Conson Londondakı Rusiya səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina edib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu rusiyalı diplomat jurnalistlərlə görüşündə bildirib.

“Səfirin XİN-ə çağırılması ilə bağlı müvafiq protokollar var. Aydındır ki, nazir (Conson) bu hərəkəti ilə Rusiyanın siyasətinə öz qəzəbini nümayiş etdirdi. Ona görə səfir əli sıxılmağa layiq deyil.

Biz bunları sakit qarşılayırıq. Mənim üçün nazirlə görüş lazımi sualları vermək üçün əlverişli şansdır”,-deyə səfir A. Yakovenko söyləyib.