Britaniyanın Bəhreynlə silah sövdələşməsinin detalları məlum oldu

britaniyanin-behreynle-silah-sovdelesmesinin-detallari-melum-oldu
Oxunma sayı: 697

Beynəlxalq silah ticarəti ilə mübarizə təşkilatı Böyük Britaniya ilə Bəhreyn hökuməti arasındakı silah ticarəti barədə hesabat açıqlayıb.

“Qafqazinfo” “Parstoday”a istinadən xəbər verir ki, Britaniya Bəhreynlə razılaşmasına əsasən, bu ölkəyə silah satması qarşılığında orada baş verən haqsızlığa göz yumur.

Məlum olub ki, İngiltərə Avropa Parlamentinin Bəhreynə silah satışına icazə vermədən öncə silah satıb.

Qeyd edək ki, Bəhreyndə Əl Xəlifə rejimi 2011-ci ildən etibarən xalq üsyanlarının başlamasından sonra müxalifləri ən xırda bəhanələrlə həbsə atır, müxtəlif cəzalar tətbiq edir.