“British Airways”in təyyarəsi yanlış ölkəyə uçub

british-airwaysin-teyyaresi-yanlis-olkeye-ucub
Oxunma sayı: 2504

Londondan Almaniyanın Düsseldorf şəhərinə getməli olan “British Airways” hava yollarına məxsus təyyarə yanlışlıqla Şotlandiyanın paytaxtı Edinburqda eniş edib.

"Qafqazinfo" xəbər verir ki, buna səbəb pilota səhv məlumat verilməsi olub. Sərnişinlər yanlış ölkəyə gəldiklərini pilotun Edinburqa yaxınlaşdığını açıqladığı zaman biliblər. Hava limanında sərnişinlər 2 saat yarım gözləyiblər. Yanacaq doldurulduqdan sonra təyyarə 800 km aralıqdakı Düzelldorfa yola çıxıb.

Hazırda şirkət bu qarışıqlığın səbəbini aydınlaşdırmağa çalışır. Rəsmi açıqlamaya görə, pilot ona verilmiş uçuş planı üzrə hərəkət edib.