Brokonyerlər cəzalandırıldı

brokonyerler-cezalandirildi
Oxunma sayı: 1049


DİN mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirlər zamanı mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinin pozulması faktları üzrə protokollar tərtib edilib, müvafiq qaydada tədbir görülməsi məqsədilə qanun pozucuları aidiyyatı üzrə ərazi polis orqanlarına təhvil verilib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən onlara xəbərdarlıq edilmiş və ya cərimə olunublar. Keçirilən reydlər nəticəsində qanunsuz ov edən şəxslərdən ümumilikdə 10 ədəd ov tüfəngi, 52 ədəd ov quşu, o cümlədən “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmış 20 ədəd nadir bəzgək quşu, 116 ədəd nərə cinsli balıq götürülüb. Brokonyerlər barəsində 8650 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.