Roma Papası jurnalistlərdən pul istədi

roma-papasi-jurnalistlerden-pul-istedi-
Oxunma sayı: 672

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Papa XVI Benedikt mart ayında Kuba və Meksikaya səfəri zamanı onunla eyni təyyarədə səfər edəcək jurnalistlərdən müsahibə götürmələri müqabilində 7 min avro istəyib.

23-29 mart tarixlərində Kuba və Meksikada xristianlarla görüşəcək katoliklərin ruhani lideri ilə müsahibə üçün yüksək məbləğ tələb edilməsi ilə bağlı yayılan xəbərlər Vatikan Mətbuat Xidməti tərəfindən təsdiq edilib. Xidmətin açıqlamasında sözügedən məbləğin məsrəflərin qarşılanması üçün “Alitalia” şirkətinə ödənilməli olduğu bildirilib.

Jurnalistlər İtaliya mətbuatına açıqlamalarında Roma Papası ilə əvvəllər də səfərə çıxarkən pul ödədiklərini, ancaq budəfəki məbləğin rekord olduğunu deyiblər. Bəzi mətbu orqanlar katolik liderlə səyahətin getdikcə daha da bahalaşdığından şikayətləniblər.