Roma Papasına sui-qəsd haqqında sənəd yayıldı

roma-papasina-sui-qesd-haqqinda-sened-yayildi
Oxunma sayı: 667

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın "İl Fatto Quotidiano" qəzetində ekskluziv olaraq dərc olunan sensasion sənəddə Roma Papası XVI Benediktə suiq-qəsdin həyata keçirilə biləcəyi haqda məlumat dərc olunub. Alman dilində olan sənəddə "Müqəddəs atanın ölümünə 12 ay qalıb” xəbəri yer alıb. Sənədin Kalumbiya kardinalı Kastrillon Oyos tərəfindən tərəfindən şəxsən Vatikanın dövlət katibinə təqdim edildiyi deyilir.

Vatikanın rəsmi təmsilçisi Federiko Lombardi qəzetdə dərc olunan sənədə sərt reaksiya bildirərək, məlumatı inkar edib.


Səidə