Roma Papasını Almaniyada sərt təpki gözləyir

roma-papasini-almaniyada-sert-tepki-gozleyir-
Oxunma sayı: 654

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən əldə etdiyi məlumata görə, 25 sentyabra qədər davam edəcək səfər problemlə başlayacaq.
Benediktin parlamentdəki çıxışına etiraz edən çox sayda deputatın iclas salonuna girməyəcəyi haqda qərarı narahatlığa səbəb olub. Bundan əlavə, Papanın keçəcəyi yollarda onun karikaturası çəkilmiş “xoş gəlmədin” sözləri yazılmış plakatla asılıb.
Solçu partiyaların deputat qrupunun kütləvi etiraz qərarı sərt şəkildə tənqid olunaraq, parlament rəhbərliyi tərəfindən keçmiş millət vəkillərin dəvət edilməsi planlaşdırılır. Papanın çıxışını Sosial Demokrat və Yaşıllar partiyalarının bəzi deputatlarının da boykot edəcəyi xəbər verilir.