Ronaldinyo hönkür-hönkür ağladı - Video

ronaldinyo-honkur-honkur-agladi-video
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, “Atletico Mineiro”nun formasını geyinən Ronaldinyo rəqibə qarşı atdığı 3 qol ilə yanaşı, həm də ağlaması ilə də diqqət çəkib. Oyundan bir gün əvvəl ögey atasını itirən və anası xərçənglə mübarizə aparan futbolçu vurduğu hər qoldan sonra göz yaşları axıdaraq atasını yad edib. O, həm də əllərini göyə qadıraraq, anası üçün də dua edib.

Ən kədərli zamanında belə meydana çıxmaqdan imtina etməyən Ronaldinyoya azarkeşləri və komanda yoldaşları böyük dəstək verib.
Xatırladaq ki, qarşılaşmada “Atletico Mineiro” rəqibini 6:0 hesabı ilə məğlub edib.

Sevinc