Ronaldinyo üçün ağır qərar

ronaldinyo-ucun-agir-qerar
Oxunma sayı: 665

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, Roberto de Asis Moreyra Federal Məhkəmə tərəfindən 5 illik həbs cəzası alıb.

Buna səbəb Moreyranın çirkli pulların “yuyulması”nda iştirak etməsi və vergidən yayınmasıdır. Məhkəmə elan edib ki, Roberto de Asis xaricdə saxladığı nəğd pul və onun Braziliyaya ötürülməsi haqqında yanlış informasiya verib.

Qeyd edək ki, Moreyra əvvəllər Ronaldinyonun agenti olub.

Futbolçunun qardaşının həbsxananı müəyyən müddətə tərk etmək hüququ da saxlanılıb.


Ceyhun Əhmədov